Mühəndis - mexanik

Application deadline: 22.07.2026

Şöbə: Səngəçal filialı

Vakansiya: Mühəndis-mexanik        

İş yeri:       Səngəçal qəsəbəsi (Nahar qurum tərəfindən təmin olunur)

İş yerinə çatdırılma:  Qurum tərəfindən təmin olunur (20 yanvar m/s)

Əmək haqqı: 1300 AZN

İş şəraiti:   Standart- ofis                                                                                                      

İş rejimi:    5 günlük 09:00-18:00      

                                                                       

Namizədə tələblər:   

Təhsil:  Ali təhsil (Mexanika mühəndisliyi və ya oxşar texniki ixtisaslar üzrə);                     

Tələb olunan iş təcrübəsi: Müvafiq sahə üzrə ən azı 3 il təcrübə;

Dil bacarığı: Azərbaycan dilində səlis danışmaq və yazmaq bacarığı;

Kompüter bacarığı: MS Office-yaxşı, AutoCAD, Solidworks yaxşı səviyyədə.

Digər tələblər:

Dəqiqlik və detallara fikir vermək qabiliyyəti;

Komandada işləmək bacarığı;

Vəzifə öhdəlikləri:

  • Filialda görülən mexaniki işlərə nəzarət etmək;
  • Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin etmək;
  • İllik texniki xidmət planına uyğun olaraq planlı təmirini təşkil etmək;
  • İşçilərin işlərini müəyyənləşdirilmiş plan üzrə bölmək;
  • Yeni avadanlıqların qəbul edilməsində və quraşdırılmasında iştirak etmək;
  • Zəruri texniki sənədlərin hazırlanmasında iştirak etmək;
  • Sınaq və təcrübələrin keçirilməsində və alınmış nəticələrin emalının aparılmasında iştirak etmək;
  • İşdə müasir texniki vasitələrin istifadəsi üzrə təkliflər verməkə

 

Müraciət qaydası: Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini məktubun mövzu hissəsində “Mühəndis-mexanik” qeyd etməklə hr@dea.az elektron ünvanına göndərmələri xahiş olunur.Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.