AR Dövlət Ehtiyatları Agentliyinin Gəncə filialında Fövqəladə Hallar Nazirliyi ilə birgə mülki müdafiə təlimi keçirildi

12 Avqust 2025

AR Dövlət Ehtiyatları Agentliyinin Gəncə filialında Fövqəladə Hallar Nazirliyi ilə birgə mülki müdafiə təlimi keçirilib. Təlim, mülki müdafiə planına uyğun olaraq təşkil olunub. Təlim zamanı şərti olaraq uçqun və qısaqapanma həyəcan siqnalı verilib və işçilərin hazırlığı qiymətləndirilib.

Məşq iştirakçıları fövqəladə hallarda əhalinin təşvişinin qarşısının alınması, resursların düzgün idarə edilməsi və mülki şəxslərin təhlükəsizliyinin təmin edilməsi kimi əsas tapşırıqlarla bağlı praktiki biliklər əldə ediblər.

Yekun olaraq, məşq iştirakçılarının fəaliyyəti qiymətləndirilib və mülki müdafiə dəstələrinin hazırlıq səviyyəsinin qənaətbəxş olduğu bildirilmişdir.

Qeyd edək ki, bu cür məşqlər mülki müdafiə dəstələrinin sürətli və koordinasiyalı fəaliyyətini təmin etmək baxımından böyük əhəmiyyət kəsb edir. ADEA, fövqəladə hallarda əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə gələcəkdə də müvafiq dövlət qurumları ilə birgə bu cür tədbirləri təşkil etməyə davam edəcəkdir.

Göstərilən platformalarda paylaş