Fəaliyyət İstiqamətləri

  • Müvafiq sahədə dövlət siyasətinin formalaşmasında və həyata keçirilməsində iştirak etmək;

  • Müvafiq sahənin inkişafını təmin etmək, strateji ehtiyatların və mülki müdafiə tədbirləri çərçivəsində fövqəladə ehtiyatların yaradılmasını və idarə edilməsini, habelə dövlət ehtiyatları üzrə nəzarəti həyata keçirmək;

  • Dövlət Taxıl Fonduna taxılın tədarük edilməsini, saxlanılmasını və yenilənməsini (əvəzlənməsini) həyata keçirmək;

  • Yaratdığı strateji və fövqəladə ehtiyatlar üçün malların tədarükü üzrə sifarişçi qismində müvafiq tədbirlər görmək;

  • Ölkənin strateji əhəmiyyətli mallarla təchizatının dayanıqlılığını təmin etmək və daxili bazarda həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişmələrinin qarşısının alınması istiqamətində Agentlik tərəfindən tədbirlər görmək;

  • Müvafiq sahə üzrə qüvvədə olan normativ hüquqi aktlara əməl edilməsinə nəzarəti həyata keçirmək;

  • Strateji əhəmiyyətli malların (o cümlədən bazar iştirakçıları tərəfindən təmin edilən malların) monitorinqini aparmaq, bu məqsədlə müstəqil ekspertləri və mütəxəssisləri cəlb etmək, habelə proqnozlaşdırmada iştirak etmək və müvafiq sahədə fəaliyyəti əlaqələndirmək.