Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyinin (ADEA) bir qrup əməkdaşı üçün Ümumdünya Ətraf Mühit Günü ilə əlaqədar “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin təsərrüfat sahələrinə infotur təşkil olunub.
Agentlik əməkdaşlarına bərk məişət tullantılarının düzgün idarə edilməsi ilə bağlı ətraflı məlumat verilib. Cəmiyyətin təsərrüfat sahələrində olan Agentlik əməkdaşları tullantıların zərərsizləşdirilməsi, eləcə də təkrar emal prosesini əyani şəkildə izləyiblər. Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda tullantıların yandırılması prosesini izləyən Agentlik əməkdaşlarına adıçəkilən fəaliyyət müəssisəsi haqqında daha geniş məlumat verilib.
Səfər çərçivəsində infotur iştirakçıları Balaxanı Sənaye Parkında da olublar. Əməkdaşlar tullantıların təkrar emalı prosesini izləyiblər.
Sonda Agentlik əməkdaşlarını maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılıb.