Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyinin kollektivi Anım Günü ilə əlaqədar Zəfər parkını ziyarət edib

27 Sentyabr 2026

27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyəti və əməkdaşları Zəfər parkını ziyarət ediblər.
Ziyarət zamanı Agentliyin kollektivi Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olmuş qəhrəmanların əziz xatirəsini ehtiramla yad edib, Zəfər Tağı abidəsinin önünə gül dəstələri qoyublar.

Agentliyin Gəncə filialının əməkdaşları isə Gəncə Şəhidlər xiyabanını ziyarət ediblər.

Göstərilən platformalarda paylaş