20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyəti və kollektivi Şəhidlər xiyabanını ziyarət ediblər

20 Yanvar 2026

20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyəti və kollektivi Şəhidlər xiyabanını ziyarət ediblər.

Agentliyin İdarə Heyəti və kollektivi müstəqilliyimiz, ölkəmizin azadlığı və suverenliyimiz uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsini dərin hörmətlə yad edib, məzarları üzərinə gül dəstələri düzüblər. Agentliyin Gəncə filialının əməkdaşları isə Gəncə şəhərində 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılan abidəni ziyarət ediblər.

Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması həm də 20 Yanvar şəhidlərinin, ümumilikdə torpaqlarımızın işğaldan azad edilməsi yolunda canlarını qurban vermiş bütün şəhidlərimizin qanının yerdə qalmadığının sübutudur.

Şəhidlərimizin ruhunu dərin ehtiramla yad edirik.

Göstərilən platformalarda paylaş