10 May – Ümummilli lider Heydər Əliyevin anadan olmasından 103 il ötür

10 May 2026

Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyinin rəhbərliyi və kollektivi müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə Fəxri xiyabanı ziyarət ediblər.

Ziyarət zamanı Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində əvəzsiz xidmətləri olan Ulu Öndərin məzarı önünə gül dəstələri düzülərək xatirəsi dərin ehtiramla yad edilib.

Daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri qoyulub.

Gəncə şəhərində yerləşən Heydər Əliyev Mərkəzində də Ümummilli Liderin xatirəsi dərin ehtiramla yad edilib, abidəsi önünə gül dəstələri qoyulub.

Göstərilən platformalarda paylaş