Azərbaycan Texniki Universitetinin məzunları ilə görüş keçirilib

18 Sentyabr 2025

Azərbaycan Texniki Universitetində (AzTU) Dövlət Ehtiyatları Agentliyinin təşəbbüsü ilə universitetin məzunları ilə görüş keçirilib.

Görüşün əsas məqsədi Agentlikdə mövcud olan vakansiyalar üzrə potensial namizədləri müəyyənləşdirmək olub. Tədbirdə məzunlara Agentliyin fəaliyyəti barədə məlumat verilib və karyera imkanları təqdim edilib.

Daha sonra Agentliyin və AzTU-nun nümayəndələri arasında ikitərəfli əməkdaşlığın inkişafı və gələcək perspektivlər barədə işgüzar müzakirələr aparılıb.

Göstərilən platformalarda paylaş