27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyəti və kollektivi Zəfər Tağı abidəsini ziyarət ediblər.
Agentliyin kollektivi ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarından keçmiş şəhidlərimizin xatirəsinə ehtiram əlaməti olaraq Zəfər Tağı abidəsinin önünə gül dəstələri qoyublar.
Şəhidlərimizin ruhunu dərin ehtiramla yad edirik.