Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyində 4 illik fəaliyyətə həsr olunmuş müşavirə keçirilib

08 Oktyabr 2025

Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyinin (ADEA) yaradılmasının 4 illiyi münasibətilə İdarə Heyəti və Agentliyin struktur bölmə rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib.

Tədbirdə ötən dövrdə, xüsusilə də son bir il ərzində görülən işlər, əldə olunan nəticələr və həyata keçirilən layihələr ətrafında müzakirələr aparılıb. Həmçinin, qarşıdakı dövr üçün prioritet hədəflər, fəaliyyət istiqamətləri və onların icrası ilə bağlı zəruri addımlar müəyyənləşdirilib.

Sonda Agentliyin 4 illik fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.

Video üçün keçid: https://www.youtube.com/watch?v=vP2M2KstQ4g

Göstərilən platformalarda paylaş