Zaur İlham oğlu Abişev

Zaur İlham oğlu Abişev

Sədr müavini

1984-cü ildə anadan olub.
2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə bakalavr təhsilini fərqlənmə ilə bitirib, 2008-ci ildə isə Azərbaycan Dövlət Neft Akademiyasının ABŞ-ın Georgia Ştat Universiteti ilə birgə proqramı çərçivəsində Biznesin inzibatçılığı və əməliyyatların idarə edilməsi ixtisası üzrə magistr dərəcəsini alıb. 2014-cü ildə ABŞ-ın Alaska ştatının İctimai Mühasiblər Heyəti tərəfindən Sertifikatlaşmış İctimai Mühasib (CPA) dərəcəsi ilə təltif edilib.
Əmək fəaliyyətinə 2006-cı ildə maliyyə sektorunda başlayıb. 2007-2018-ci illərdə “Ernst & Young” beynəlxalq audit və konsaltinq şirkətində müxtəlif vəzifələrdə çalışmış və baş menecer səviyyəsinədək yüksəlmişdir. 2018-2022-ci illərdə “MKT İK” aqrar-sənaye şirkətində İdarə Heyətinin üzvü və baş maliyyə direktoru vəzifələrində çalışmışdır.
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 mart tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 3 noyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi sədrinin müavini vəzifəsinə təyin edilmişdir.
Ailəlidir, 2 övladı var.