Xəbər

ADEA tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib

Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib.

Mayın 10-da Agentliyin əməkdaşlarının iştirakı ilə şam, zeytun və nar ağacı, müxtəlif növ güllər əkilib. 

Qeyd edək ki, ADEA tərəfindən mütəmadi olaraq ağacəkmə aksiyaları baş tutur. Ağacəkmə aksiyaları BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq, ətraf mühitin mühafizəsi, yaşıllıqların artırılması və ekoloji tarazlığın qorunması məqsədilə həyata keçirilir.

...

Digər