Gəncə filialı - Anbardar

Срок подачи заявки: 10.07.2026

Vakansiya: Anbardar

İş yeri:       Gəncə şəhəri                                                                                                       

İş şəraiti:   Standart- ofis                                                                                                      

İş rejimi:    5 günlük 09:00-18:00

Əmək haqqı: 800 AZN                      

                                                                       

Namizədə tələblər:   

Təhsil:  Ali təhsil;                    

Tələb olunan iş təcrübəsi: Müvafiq sahə üzrə ən azı 2 il təcrübə;

Dil bacarığı: Azərbaycan dilində səlis danışmaq və yazmaq bacarığı;

Kompüter bacarığı: MS Office və 1 C proqramı üzrə biliklər.

 

Digər tələblər:

Dəqiqlik və detallara fikir vermək qabiliyyəti;

Komandada işləmək bacarığı.

 

Vəzifə öhdəlikləri:

  • Mal-materialların anbara qəbulu, çəkilməsi, mühafizəsi və müxtəlif materialların anbardan buraxılmasını təmin etmək;
  • Qəbul olunmuş maddi sərvətlərin müşayiətedici sənədlərə uyğunluğunu yoxlamaq;
  • Materialları mühafizə olunan yerə aparmaq və eyni zamanda görünüşü, keyfiyyəti, təyinatı və başqa əlamətlərinə görə çeşidlərə ayırmaq;
  • Mal-materialların saxlanma şəraitinə nəzarət etmək;
  • Mal-materialların xarab olması və itkilərin qarşısını almaq məqsədi ilə mühafizəsini təşkil və təmin etmək;
  • Mühafizə olunan materialların, çeşidlərin və növlərin nomenklaturasını, onların xassələrini və təyinatını, iş alətlərinin, cihazlarının quruluşunu və onların işə yararlığının yoxlanılmasını təmin etmək;
  • Mal-materialın boşaldılması, yüklənməsi və anbarda saxlanılması zamanı qorunmasını təmin etmək;
  • Yükləmə, boşaltma və anbar daxilində yüklərin yerləşdirilməsi işinə rəhbərlik etmək;
  • Anbarda qorunub saxlanan materialların hərəkəti ilə əlaqədar hesabat sənədlərini arxivləşdirmək;
  • İnventarlaşdırmanın aparılmasında iştirak etmək.

Müraciət qaydası: Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini məktubun mövzu hissəsində “Gəncə şəhəri-Anbardar” qeyd etməklə hr@dea.az elektron ünvanına göndərmələri xahiş olunur.Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.